“Əsir düşən rus hərbçilərini edam edənləri özümüz cəzalandıracağıq”

21 Noyabr 2022 23:50

"Əsir düşən rus hərbçilərinin edamını həyata keçirənlərin axtarışı ilə Moskva özü məşğul olacaq".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, bu cinayətdə əli olan şəxslər tapılmalı və cəzalandırılmalıdır:

"Bununla özümüz məşğul olacağıq. Əsir düşən rus hərbçiləri edam edənlər mütləq cəzalandırılacaqlar. Bu iş nəzarətimizdədir".

Milli.Az