Təyyarə yaşayış məntəqəsinə düşüb, 7 nəfər ölüb

21 Noyabr 2022 23:30

Kolumbiyanın Medelina şəhərində kiçik təyyarə yaşayış evlərinin üzərinə düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə şəhər bələdiyyəsi Tvitterdə məlumat yayıb.

Yerli mətbuatın xəbərinə görə, qəza zamanı təyyarədə 9 nəfər olub. Onlardan yeddisi həlak olub. 2 sərnişin xəstəxanaya yerləşdirilib.

Milli.Az