NASA Ayda həyat üçün tarix təyin etdi

21 Noyabr 2022 22:14

ABŞ-ın Milli Kosmik Agnetliyi (NASA) insanların 2030-cu ilə qədər Ayda məskunlaşa biləcəyini qeyd edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, agentlik insanların həm aya getmələrini, həm də orada yaşamalarını istəyir.

NASA vurğulayıb ki, Ayda məskunlaşmaq kosmosun fəthini insanlıq üçün daha yaxın edəcək:

"Bu, təkcə ABŞ üçün deyil, bütün dünya üçün belədir. Proses dərin kosmosun tədqiqi istiqamətində atdığımız ilk addımdır".

Qeyd edək ki, NASA layihəyə 2020-ci ildən start verib.

Milli.Az