İran millisinin baş məşqçisi: "İlk hissədən sonra oyundan zövq almağa çalışdıq"

21 Noyabr 2022 21:43

"Məncə, matçın nəticəsi birinci hissədə həll olundu. Bundan sonra yeganə məqsədimiz oyundan həzz almaq və futbolumuzu göstərməyə çalışmaq idi".

Milli.Az "report"a istinadən bildirir ki, bunu İran millisinin baş məşqçisi Karluş Keyroş Qətərdəki dünya çempionatında İngiltərəyə 2:6 hesabı ilə uduzduqları B qrupunun ilk tur oyunundan sonra mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis bildirib ki, artıq matçın əvvəlində bir komandanın digərindən yüksək səviyyəli futbol nümayiş etdirdiyi hiss olunurdu: "Amma ya qalib gəlirik, ya da öyrənirik. İngiltərə yığmasından çox şey öyrənməkdən şərəf duyduq. Uelslə görüşə daha yaxşı hazırlaşacağıq".

Qeyd edək ki, İngiltərə - İran matçın ilk hissəsi Avropa təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az