Əsas kapitala yönəldilmiş vəsait açıqlanıb

21 Noyabr 2022 21:09

Bu ilin yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% artaraq 11.774,5 mln. manat olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında bildirib.

"Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti istisna olmaqla özəl sektor tərəfindən əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi isə 11,3% artaraq 3.082,0 mln. manat təşkil edib. Qeyri neft-qaz və tikinti-quraşdırma sektorunda sərmayələrin həcmində yüksək dinamika müşahidə olunur", - deyə qeyd edilib.

Milli.Az