20 saata bütün biletləri satılmış konsertdən görüntülər - VİDEO

21 Noyabr 2022 19:58

Ötən gün gün "Elektra Events Hall"da məşhur azərbaycanlı reper Orxan Zeynallının ( Aid ) konserti keçirilib.

Milli.Az bildirir ki, 40-cı paralel adlanan konsert saat 7-də başlayıb. 2 saat boyunca səhnədə ritmik mahnılar səsləndirilib, daha sonra Orxan Zeynallı səhnəyə çıxıb.

6 il sonra Azərbaycana qayıdan reper ölkəmiz və pərəstişkarları üçün darıxdığını söyləyib və "Karusel" mahnısı ilə konsertə başlayıb.

20 saat ərzində bütün biletləri satılmaqla Azərbaycanda rekorda imza atan reper səhnədə Röya və Tomris ilə duet oxuyub.

Qeyd edək ki, bugün onun ikinci konserti keçirilir.

Xatırladaq ki, keçmiş HOST qrupunun AİD ləqəbli Orxan Zeynallı musiqi fəaliyyətinə 2007-ci ildə başlayıb. HOST-un tərkibində 5 il ərzində 100-lərlə mahnının, 50-dən çox konsert və çıxışların həyata keçməsində fəal şəkildə iştirak edib. Qrup üzvləri 2012-ci ildən etibarən solo fəaliyyətə başlayıb. Orxanın ilk solo albomu "Biz İnsan Deyilik" adlanıb və 2010-cu ildə ilk dəfə olaraq görüşlər vasitəsi ilə satılıb.

Milli.Az