DSX-nin hərbçiləri Cəbrayılda qəzaya düşdü, ölən və yaralanan var

21 Noyabr 2022 18:06

Bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndində Dövlət Sərhəd Xidmətinə (DSX) xidmətə məxsus "UAZ" markalı avtomobil hərəkətdə olarkən "Shagman" markalı yük avtomobili "UAZ"ın hərəkət zolağına çıxıb və qəza baş verib.

DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, qəza nəticəsində bir neçə hərbçi xəsarət alıb.

DSX-nin hərbi qulluqçusu, baş çavuş Elmir Abbasov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

Digər yaralıların müayinə və müalicəsi davam etdirilir.

Milli.Az