"TheSheriffMT" adlı internet istifadəçisi cib telefonunu dərsdə unutduğunu və cihazı geri aldıqdan sonra orada gözlənilməz bir şəkil tapdığını söyləyib.
Milli.Az bildirir ki, oğlan, onu təəccübləndirən şəkli "Reddit"də paylaşıb.
"İngilis dili dərsindən sonra telefonumu dərsdə unutdum. Müəllim mənə onu qaytardıqdan sonra qalereyada tapdığım budur", - deyə oğlan yazıb. O, ingilis dili müəlliminin təhsil müəssisəsinin digər iki əməkdaşı ilə kamera qarşısında əllərini yelləyərək çəkdirdiyi selfini paylaşıma əlavə edib.
İstifadəçilərdən biri qeyd edib ki, o, bu cür şəkli heç vaxt silməzdi. "Bu şəkilə siz ömür boyu dəyər verəcəksiz. On il sonra, bulud foto qovluğunu boşaltdığınız zaman təsadüfən onu tapacaqsınız və ona güləcəksiniz", - deyə başqa bir şərhçi yazıb.
Başqa bir istifadəçi isə onun müəllim işlədiyini və hər dəfə şagirdləri dərsdə telefonlarını unudduqları zaman onlarla selfi çəkdirdiyini bildirib. Müəllim işləyən başqa bir istifadəçi isə bir dəfə belə etdiyini, lakin sonda şagirdin ondan qurumun rəhbərliyinə şikayət etdiyini bildirib.
İrfan Vəliyev
Milli.Az