Müalicəsi üçün 254 min pul yığan Könül Xasıyeva bu barədə sualları cavablandırmır

21 Noyabr 2022 15:44

Xəbər verdiyimiz kimi, Xalq artisti Könül Xasıyeva müalicəsi üçün Almaniyaya getməsi ilə bağlı sualları cavabsız qoyub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, xanəndə bunun işıqlandırılmasını istəməyib.

Hazırda Bakıda olan K.Xasıyeva "Lazım olan məbləğ toplanıldı. Müalicəyə nə vaxt gedirsiniz" sualına "Bu haqda yazılanda şərhlərdə nələr yazırlar. Yazmayın bu haqda, istəmirəm" cavabını verib və telefonu bağlayıb.

Qeyd edək ki, K.Xasıyeva boğazında şiş aşkarlandığını və müalicə üçün 254 min manata ehtiyacı olduğunu açıqlamışdı. Müalicəsi üçün Almaniyaya getməli olduğunu deyən muğam ifaçısı hər gün sosial şəbəkədə paylaşımlar edərək, mediaya açıqlama verərək, sənət adamlarından, sevənlərindən yardım istəyirdi. Daha sonra isə Xasıyeva bir çox tanışının ona lazım olan 254 min manatı göndərdiyini deyib. Xasıyevaya maddi yardım edənlərdən biri də Əməkdar artist Yusif Mustafayev olub.

Milli.Az