Bu kənddə qaz yoxdur - VİDEO

21 Noyabr 2022 18:20

Neftçalanın Şirvanlı kəndində evlər odun sobası ilə qızdırılır. Mətbəxdə isə elektrik cihazı ilə yemək bişirilir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, kənddə heç zaman qaz olmadığı üçün insanlar ciddi çətinliklərlə üzləşirlər.

Xüsusilə soyuq aylarda. Sakinlərin sözlərinə görə, problemin həlli istiqamətində dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, heç bir nəticəsi yoxdur. Sakinər odun almaq üçün dağlıq rayonlara üz tutmaq məcburiyyətində qalırlar. Bu isə onların xərclərini xeyli artırır.

1986-cı ildə salınan Şirvanlı kəndi Xəzər dənizinin sahilində yerləşdiyindən hava şəraiti mütəmadi olaraq küləkli olur. Sakinlər tezliklə kəndin qazla təmin edilməsini istəyirlər.

Məsələyə ''Azərqaz'' İstehsalat Birliyindən də münasibət bildirilib. Qeyd olunub ki, həmin kəndin qazlaşdırılması gündəmdədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az