Amit Quluzadə üçün növbəti şans
14 Aprel 2012 14:37
Futbol üzrə Türkiyənin Bank Asya birinci liqasında 30-cu turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi "Erciyesspor" da bu gün növbəti oyununa çıxacaq.
Həmyerlimizin komandası evdə "Göztepe" ilə qarşılaşacaq. Son dövrlər uğursuz çıxışı ilə diqqət çəkən Kayseri klubu doğma meydan amilindən yararlanıb, qələbə qazanmağa çalışacaq.
Son oyunda forma geyməyən Amitin bu dəfə hansı aqibəti yaşayacağı maraq doğurur. Baş məşqçi Kemalettin Şentürk futbolçumuza da şans verə bilər.
Qeyd edək ki, Kayseri klubu hazırda 29 oyundan sonra 39 xalla 8-ci pillədə qərarlaşıb. "Göztepe" isə 34 xalla 14-cüdü.
Türkiyə Bank Asya birinci liqası
30-cu tur
14 aprel
16:00. Erciyesspor - Göztepe
Milli.Az