40 yaşlı ingilis dili müəllimi şagirdi ilə yatdığına görə həbs edildi

21 Noyabr 2022 18:03

ABŞ-dan olan keçmiş müəllimə şagirdi ilə intim münasibətdə olmağını etiraf edib.

Milli.Az bildirir ki, bu barədə "WHOP" xəbər verib.

Kentukki ştatının Hopkinsvill şəhərindəki məktəbdə ingilis dilindən dərs deyən 40 yaşlı Eşli Uells istintaqla razılığa gəlib və noyabrın 17-də günahını etiraf edib. Bundan sonra yetkinlik yaşına çatmayan şəxsin zorlanması ilə bağlı əvvəlki ittiham azyaşlıya qarşı nalayiq hərəkətlər maddəsinə dəyişdirilib.

Uells 2016-cı ilin dekabrında baş verən insidentlə bağlı məhkəmə qarşısına çıxarılıb. Müstəntiqlərin fikrincə, Uells o vaxt 17 yaşında olan şagirdlərindən biri ilə yaxın münasibət qurub. Başlanğıcda ittiham tərəfi müəllimənin yeniyetmə ilə cinsi əlaqədə olduğunu bildirsə də, sonradan hadisə "uzun ehtiraslı öpüş" kimi təsvir edilib və qeyd olunub ki, bu zaman "gənclərin əlləri Uellsin bədəni ilə bəzi seksual hərəkətlər edib".

Proses bitməmiş yeni cinayət törətməyən qadın həbsxanaya salınmayacaq. O, həmçinin seksual xarakterli cinayətlər törətmiş şəxslərin siyahısına daxil edilməyəcək. Ağırlaşdırıcı hal isə odur ki, hadisə baş verən zaman şagird Uellsə xüsusi etimad göstərib.

Məhkəmənin həlledici iclası 2023-cü il yanvarın 18-nə təyin edilib.

İrfan Vəliyev
Milli.Az