İndoneziyada zəlzələdə ölənlərin sayı 162 nəfərə çatıb

21 Noyabr 2022 21:56

21:56

İndoneziyada 5,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 162-yə çatıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin "Kompas" qəzeti xəbər verib.

Məlumata əsasən, ölənlərin əksəriyyəti uşaqlar olub. Daha əvvəl 56 nəfərin öldüyü bildirilirib.

Qeyd edək ki, zəlzələnin episentri paytaxt Cakartadan 74 km cənub-şərqdə yerləşib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanların ocağı 5 km dərinlikdə olub.

---------

13:55

İndoneziyada 5,6 bal gücündə zəlzələ zamanı ölənlərin sayı 44-ə çatıb.

Milli.Az AFP-yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.

Qeyd edək ki, zəlzələnin episentri Cakartadan təqribən 75 km cənub-şərqdə, Qərbi Yava adasının Cianjur şəhərində, ocağı isə 10 km dərinlikdə yerləşib.

Milli.Az