Suriyadan Türkiyəyə raket zərbələri endirildi: iki nəfər həlak oldu, altı nəfər yaralandı

21 Noyabr 2022 13:26

Türkiyənin Qaziantep əyaləti Suriya ərazisindən növbəti dəfə raket atəşinə tutulub.

Milli.Az bildirir ki, terror təşkilatı YPG/PKK üzvləri tərəfindən atılan 4 raket rayon mərkəzindəki orta məktəb, iki evə və Karkamış sərhəd məntəqə-keçidi yaxınlığında bir yük maşınına düşüb.

Qeyd olunub ki, hücum nəticəsində iki nəfər həlak olub, altı nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Milli.Az