Azərbaycanda "Teknofest" aviasiya və kosmos festivalının hər il keçirilməsi planlaşdırılır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Aqrar İnnovasiya Mərkəzinin nümayəndəsi Anar Cəfərov "Yaşıl" enerjiyə keçid" mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu il mayın 26-29-da Bakıda keçirilmiş festival zamanı azərbaycanlı startapçılar müxtəlif sektorlarda çoxlu sayda "ağıllı həllər" təqdim edib.
"Həmin festivalda təqdim olunmuş bəzi layihə və ideyalar artıq fərqli sektorlarda, xüsusilə kənd təsərrüfatı sektorunda tətbiq olunur", - deyə o bildirib.
Milli.Az