Dekabrda daha bir qrup ailə Ağalıya köçürüləcək

21 Noyabr 2022 11:34

Dekabr ayında daha bir qrup ailənin Ağalıya köçürülməsi planlaşdırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev noyabrın 21-də "Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, Ağalı kəndində tikilməsi nəzərdə tutulan 200 evdən 87-si istifadəyə verilib, 113 evdə isə təmir-tikinti işləri davam etdirilir.

Milli.Az