Aysel Teymurzadənin direktor əri ilə yeni görüntüləri - FOTO

21 Noyabr 2022 16:32

Ötən gün Xalq artisti, pianoçu Murad Adıgözəlzadənin 49 yaşı tamam olub.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, sənətçinin yaxın dostları onu ad günü münasibətilə təbrik edib. Onlardan biri də aparıcı Hacı Nuran Hüseynovdur.

O, sosial şəbəkə hesabında Murad Adıgözəlzadə və onun həyat yoldaşı Aysel Teymurzadə ilə yeni görüntülərini paylaşaraq xoş sözlərini bildirib.

Xatırladaq ki, Murad Adıgözəlzadə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktorudur. Xalq artisti müğənni Aysel Teymurzadə ilə evlidir. Cütlüyün 3 övladı var.

Milli.Az