DÇ-2022: İspaniya yığmasının 7 futbolçusu xəstələndi

21 Noyabr 2022 12:59

İspaniya millisi Qətərdə keçirilən dünya çempionatındakı ilk oyununa itkilərlə çıxa bilər.

Milli.Az apasport.az-a istinadən bildirir ki, buna səbəb futbolçuların səhhətində problem yaranmasıdır.

"Buğalar"ın 7 oyunçusu kondisionerdən istifadəyə görə soyuqlayıb. Xəstələnənlər arasında komandanın son məşqini başa vura bilməyən hücumçu Alvaro Morata da var.

Qeyd edək ki, İspaniya millisi ilk matçını noyabrın 23-də Kosta-Rikaya qarşı keçirəcək.

Milli.Az