Konsertdən sonra ərini döydülər, xanımına təcavüz etdilər

21 Noyabr 2022 20:53

Dünyaca məşhur müğənni Elton Conun konsertindən sonra cütlüyə edilən hücumda şübhəli bilinən bir nəfər həbs edilib.

Milli.Az olay-a istinadən xəbər verir ki, iddia edilən insident Conun Los-Ancelesdəki ilk çıxışından qısa müddət sonra baş verib.

Noyabrın 17-də Dodger Stadionundakı gecədən sonra maşınına doğru hərəkət edən cütlüyə bir neçə nəfər sataşıb. Xanıma seksual hərəkətlər etməyə başlayıblar.

Hücumdan sonra kişi yaralanıb, kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya aparılıb. Qadının vəziyyəti isə qənaətbəxşdir.

Milli.Az