“ABŞ Ukraynaya dəstəyini davam etdirəcək”

21 Noyabr 2022 20:08

"ABŞ Ukraynaya 20 milyard dollardan çox hərbi yardım göstərib və rəsmi Kiyevə dəstəyini davam etdirəcək".

Milli.Az "report"-a istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin İndoneziyada keçirdiyi mətbuat konfransında deyib.

"İndiyədək Ukraynaya 20 milyard dollardan çox yardım göstərmişik. Bununla bağlı bəyanatlarımızı eşitmisiniz, Ukraynanı nə qədər lazımdırsa, o qədər də dəstək verəcəyik", - o vurğulayıb.

Milli.Az