Türkiyəli idman şərhçisi Hıncal Uluç vəfat etdi

21 Noyabr 2022 10:47

Türkiyəli jurnalist, idman şərhçisi Hıncal Uluç uzun sürən xəstəlikdən sonra vəfat edib.

Milli.Az NTV-yə istinadən xəbər verir ki, 83 yaşlı Hıncal Uluç reanimasiyaya yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Hıncal Uluçun vəfatı ilə bağlı başsağlığı verib.

Milli.Az