Rəşad Dağlının oğlundan əhaliyə müraciət: "İstəmirik" - VİDEO

21 Noyabr 2022 11:53

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) oğlu Yusif sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib. 

Milli.Az xəbər verir ki, söz xiridarının övladı sosial şəbəkələrdə atasının şəkili ilə bəzədilən köynəklərin satışına etiraz edib. 

Yusif bildirib ki, bu cür addımlar atılmasına ailəsi ilə birlikdə qarşıdır.  

"Atamı sevənlərə, dua edənlərə mən çox minnətdaram. Atamla bağlı hər hansısa bir addımın atılmasını istəmirik. Çünki həmin hərəkətlər birmənalı qarşılanmır və bizə pis təsir edir. Dua edin. Bu, bizə yetər", - deyə Yusif qeyd edib. 

Milli.Az