Dado ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Səid Əliyev paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.
Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sənətçi "Apelyasiya məhkəməsi"nin önündə "falqa"ya bükülmüş üzərində açarlar olan qıfıl tapıb.
Repçi iddia edib ki, tapdığı cadu imiş. Və həmin əşyanı çəkərək, sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
"Allah sizə nələt eləsin. Gör nə həyat yaşayanlar var", - deyə Dado bildirib.
Milli.Az