Qızı Flora Kərimovadan danışıb kövrəldi - VİDEO

21 Noyabr 2022 11:09

"Anam üçün çətindir. Qardaşım Almaniyada, mən Londonda yaşayırıq. Amma anamı sevən milyon insan var. O da onu seçdi".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimovanın Londonda yaşayan qızı  Zümrüd "Günaydın, Azərbaycan" proqramında deyib. Anasından bəhs edən Zümrüd kövrəlib.

"Flora xanıma nəsə olsa, Zümrüd Bakıda olmasa, özünüzü bağışlaya bilərsiniz" sualına o, "Bunu düşünmək belə çətindir. Bilmirəm həmin an qəlbimdən, ağlımdan nə keçəcək. Bir onu bilirəm ki, daxili dünyam alt-üst olacaq. Səhvimiz varsa, ana, bağışla bizi" cavabını verib.

O, əlavə edib ki, övladının mayın 19-da 1 yaşı tamam olacaq və onu Bakıda qeyd edəcək.

Milli.Az