KİV: İran İraqa raket zərbəsi endirib, ölənlər var

21 Noyabr 2022 09:14

İran silahlı qüvvələri İraqın Kürdüstan əyalətinə növbəti raket zərbəsi endirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yerli mənbələrə istinadən INA agentliyi məlumat yayıb.

Zərbələr kürd partiyalarının Ərbil və Süleymaniyyə əyalətlərində yerləşən qərargahlarına endirilib.

Bildirilib ki, onlar İranda hökumət əleyhinə etirazlara dəstək verib.

"Shafaq News" portalının məlumatına görə, İran hərbçiləri Bahirka şəhərindəki qaçqın düşərgəsini də atəşə tutub.

Bir neçə nəfər atışma nəticəsində ölüb.

ABŞ-ın Ərbildəki konsulluğu raket hücumuna görə həyəcan siqnalı verib.

Milli.Az