Şakira beysbolçu oğlu ilə fotosunu paylaşdı - FOTO

22 Noyabr 2022 03:22

Kolumbiyalı müğənni Şakira şəxsi bloqunda beysbolçu olan böyük oğlu ilə fotosunu dərc edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sənətçi doqquz yaşlı Milanı və komandasını turniri layiqincə başa vurması münasibətilə təbrik edib.

"Milan və onun komandasını bu möhtəşəm turnir münasibətilə təbrik edirəm. Əzmkarlığınıza və fədakarlığınıza görə bütün analar sizinlə fəxr edir! 10 yaşa qədər uşaqlar arasında Kataloniya kubokunun qaliblərinə bravo!", - müğənni sosial şəbəkələrdə yazıb.

Xatırladaq ki, Şakira bu ilin iyununda övladlarının atası, İspaniyanın "Barselona" futbol klubunun artıq keçmiş oyunçusu Jerar Pike ilə ayrılıb.

Cütlüyün Milan və Saşa adlı iki oğlu var.

Milli.Az