Ronaldo dünyada daha bir ilkə imza atdı

21 Noyabr 2022 21:02

Portuqaliyalı futbolçu, "Mançester Yunayted" klubunun hücumçusu Kriştiano Ronaldo "Instagram" sosial şəbəkəsində izləyicilərinin sayı 500 milyona çatan ilk şəxs olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 37 yaşlı Ronaldonun izləyicilərinin sayı təkcə 2022-ci ildə 100 milyon nəfər artıb.

Portuqaliya hazırda Qətərdə davam edən dünya çempionatında iştirak edir. Komanda ilk oyununu noyabrın 24-də Qanaya qarşı keçirəcək.

Milli.Az