Trampa görə özünün "Twitter" hesabını silib

21 Noyabr 2022 08:40

"Apple" şirkətinin icraçı direktoru Fil Şiller "Twitter" hesabını deaktiv edib.

Trend xəbər verir ki, bu barədə "MacRumors" nəşri məlumat yayıb.

Məlumata əsasən, İlon Maskın ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabının blokdan çıxarılmasından qısa müddət sonra "Apple"ın top meneceri "Twitter"dən istifadəni dayandırıb.

F.Şillerin özü bu qərarını şərh etməsə də, "MacRumors" bu iki hadisənin bir biri ilə əlaqəli olduğuna inanır.

Qeyd edilir ki, "Apple"ın top-meneceri 2008-ci ilin noyabrında "Twitter" hesabı açıb. 14 il ərzində F.Şillerin səhifəsi 200 mindən çox abunəçi qazanıb.

Qeyd edək ki, Fil Şiller "Apple" şirkətində ictimai tədbirlər və" App Store"un inkişafına cavabdehdir.

Milli.Az