KİV: "İran İraqdakı qaçqın düşərgəsinə zərbə endirib" - FOTO

21 Noyabr 2022 07:35

İran Silahlı Qüvvələri İraqın Kürdüstan regionunda Tehrana müxalif partiyanın qərargahına və qaçqın düşərgəsinə hücum edib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "Shafaq" xəbər agentliyi məlumat yayıb.

"İranın kürd müxalifət partiyasının Ərbil yaxınlığındakı Koy-Sancak şəhərindəki qərargahı vurulub", - yerli mənbə agentliyə bildirib.

Dəqiq nəyin vurulduğu hələ aydın deyil. "Al-Sumaria" kanalının mənbəsinin məlumatına görə, zərbə üç raketlə endirilib.

İranın daha bir hücumu Ərbilin şimalındakı Bahirqa şəhərindəki qaçqın düşərgəsini edilib. İtkilər barədə məlumat yayılıb.

Zərbələrlə eyni vaxtda ABŞ-ın Ərbildəki konsulluğunda həyəcan təbili çalınıb.

Milli.Az