Moskvada dəhşətli yanğında 7 nəfər ölüb

21 Noyabr 2022 07:28

07:28

Rusiyanın Moskva şəhərinin Komsomol meydanında gül anbarda yanğın baş verib.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Xatırladaq ki, yanğın yerli vaxtla saat 15:13-də sahəsi 2,5 min kvadrat metr olan anbarda başlayıb. Saat 18:20-də yanğını lokallaşdırmaq mümkün olub, saat 23:55-də isə yanğın tam söndürülüb.

----------

01:55

Rusiyanın Moskva şəhərinin Komsomol meydanında anbarda yanğın baş verib.

Trend "İnterfaks"a istinadən xəbər verir ki, yanğın nəticəsində 5 nəfər həlak olub.

Məlumata əsasən, yanğın yerli vaxtla saat 15:13-də sahəsi 2,5 min kvadrat metr olan anbarda başlayıb. Saat 18:20-də yanğını lokallaşdırmaq mümkün olub, saat 23:55-də isə yanğın tam söndürülüb.

Milli.Az