Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

21 Noyabr 2022 07:07

Bakının Səbail rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Nizami və Murtuza Muxtarov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobilin sürücüsü köməkçi yoldan qəfil əsas yola daxil olub.

Bu zaman "Toyota" markalı maşının sürücüsü idarəetməni itirərək kəsişmədə olan "Hyundai" markalı nəqliyyat vasitəsinə çırpıb.

Qəza nəticəsində bir nəfər xəsarət alıb.

"Toyota" deformasiyaya uğrayıb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Milli.Az