Tokayevdən seçki haqda açıqlama

21 Noyabr 2022 07:00

Qazaxıstanda növbədənkənar prezident seçkiləri qanunvericiliyə uyğun keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bazar günü Respublika İctimai Qərargahında "Açıq Cəmiyyət" Beynəlxalq Regional Araşdırmalar İnstitutunun növbədənkənar prezident seçkilərində keçirdiyi "exit-poll"un nəticələri ilə tanış olan Kasım-Jomart Tokayev deyib.

Onun sözlərinə görə, prezidentliyə namizədlərin hamısına bərabər imkanlar verilib.

"Onlar sərbəst şəkildə rayonlara səfər etdilər, seçicilərlə görüşdülər, təbliğat apardılar. Heç kəs üçün heç bir məhdudiyyət yox idi. Hər bir seçiciyə seçim azadlığı verilmişdi. Beləliklə, bu kampaniya ədalətli və açıq idi", - deyə Kasım-Jomart Tokayev bildirib.

Milli.Az