Cəlilabdda 3 yaşlı qız kimyəvi həlledici içib

20 Noyabr 2022 23:54

Cəlilabad şəhərində nəzarətsiz qalan azyaşlı, kimyəvi həlledici (rastvoritel) içib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavadxan küçəsində qeydə alınıb.

3 yaşlı Leyla Tahir qızı Bazarova boyaya qatılan kimyəvi həlledici içib.

Azyaşlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.

O reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər azyaşlının vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az