Xatun oğlunun toyuna İrəm Dəricini gətirəcək?

20 Noyabr 2022 23:33

"Şərimə gəlməyən xeyrimə gəlməsin. Çətin günümdə olmadılar. Olsaydılar, onlarla barışardım. Amma oğlumun toyuna gəlməsinlər".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Space maqazin" proqramında deyib. Sənətçi oğlu Adilin toyundan danışıb. O, məclisə dəvət edəcəyi türkiyəli ifaçının kimliyi haqda sualları cavablandırıb.

Bildirilib ki, məclisə İrəm Dəricinin gələcəyi gözlənilir. Hazırda bunun üçün ifaçı ilə danışıqlar aparılır.

Qeyd edək ki, Xatunun övladının toyu noyabrın 28-də olacaq.

Milli.Az