Yeni il gecəsi nə qədər qazanacaqlar?

20 Noyabr 2022 23:29

Yeni il şənlikləri Rusiyada təxirə salınsa da, müğənnilər bir çox proqramlardan təkliflər almağa başlayıblar.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, rus mediası ifaçıların həmin gün qazanacağı məbləğlə bağlı yazı yayımlanıb.

Müğənni Anna Asti Yeni il gecəsi iki çıxışa görə 8 milyon rubl qazanacaq. Sənətçi paytaxtdakı klubda və restoranlardan birində səhnəyə çıxacaq.

Leonid Aqutin də eyni məbləği alacaq - ayın 31-dən 1-ə keçən gecə o, "Crocus City Hollos" və Moskvadakı "Turandot" restoranında olacaq. Onu gecədə Polina Qaqarina müşayiət edəcək.

Rusiyada ən böyük konsert təşkilatçısı Təbriz Şahidinin sözlərinə görə, artıq adı çəkilən ifaçılardan başqa Zivert, SHAMAN, Basta, Polina Qaqarina, MakSim, Soso Pavliaşvili, Filipp Kirkorov, Nikolay Baskov, Sergey Lazarev, Diana Arbenina, Dima Bilan və Qriqori Lepsə çox tələbat var. Kirkorov, Baskov və Lepsi ən çox şəxsi tədbir üçün istəyiblər. Onların performansının dəyəri 3,5 ilə 4,5 milyon rubl arasında dəyişir.

Milli.Az