Açılış oyununun ən yaxşı futbolçusu

20 Noyabr 2022 23:24

DÇ-2022-nin Qətər - Ekvador açılış matçının (0:2) ən yaxşı oyunçusu müəyyənləşib.

Milli.Az FİFA-nın saytına istinadən xəbər verir ki, Ekvador millisinin kapitanı Enner Valensiya görüşün ən yaxşısı seçilib. "Fənərbaxça"nın futbolçusu sözügedən görüşdə dubla imza atıb. O, 16 (penalti) və 32-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki,  E.Valensiya görüşün 4-cü dəqiqəsində də qol vurmuşdu. Ancaq VAR-a baxıldıqdan sonra qol ləğv olunmuşdu.

Milli.Az