Ukrayna müharibəsində Rusiya üçün şok mərhələ başlayır - FOTO

20 Noyabr 2022 23:09

Ukraynadakı hərbi əməliyyatlarda rəsmi Kiyev yeni strateji planını reallaşdırmağa hazırlaşır.

Söhbət Krım yarımadasının işğaldan azad edilməsindən gedir.

Milli.Az bildirir ki, Ukraynanın Müdafiə Nazirliyi sosial şəbəkələrdəki profillərində buna işarə vurub.

"İndi qışda şaxtaya görə mümkün "döyüş əməliyyatlarında fasilə" haqqında danışanlar, yəqin ki, yanvarda Krımın cənub sahillərində heç vaxt günəşlənməyiblər", - Ukrayna MN-nin açıqlamasında bildirilir.

Milli.Az