Tanınmamaq üçün bu yola əl atdılar - FOTO

20 Noyabr 2022 23:00

Hollivud ulduzu Leonardo Di Kaprionun fələstinli məşhur model Cici Hadidlə eşq yaşadığı təsdiqlənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük ötən gün Nyu-Yorkdakı restoranlardan birindən çıxarkən paparatsilərin hədəfinə tuş gəlib.

Kameraları görən cütlük tanınmamaq üçün üzlərini gizlətməyə çalışıb. Leonardo papaq və maskdadan, Cici isə şərfdən istifadə edib.

Qeyd edək ki, cütlüyün sentyabrdan münasibətdə olduğu deyilirdi.

Milli.Az