İstanbuldakı terrora görə daha iki nəfər həbs olunub

20 Noyabr 2022 22:24

İstanbul məhkəməsi noyabrın 13-də İstiqlal küçəsində törədilən terror aktında iştirak ittihamı ilə daha iki nəfəri həbs edib.

Bununla da iş üzrə həbs olunanların ümumi sayı 19-a çatıb.

Məlumata görə, iş üzrə saxlanılanların hamısı "dövlətin birliyini və bütövlüyünü pozma" və "qəsdən adam öldürmə" maddələri ilə həbs ediliblər.

Milli.Az