Saatlıda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Məmmədabad kənd ərazisində qeydə alınıb.
Belə ki, həmin ərazidə iki avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az