"Əgər bir gün Azərbaycan Respublikası hər hansı xarici ölkə tərəfindən hücuma məruz qalsa, İran dəstək üçün Azərbaycan Respublikasının yanında olacaq".
Milli.Az bildirir ki, bunu İran Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.
O, daha sonra vurğulayıb: "Hər bir azərbaycanlı iranlıdır və hər bir iranlı isə azərbaycanlıdır. Həmin azərbaycanlı və iranlı İrandan kənarda və başqa pasportu olsa belə...
Ə.Vilayəti bildirib ki, İranın heç bir qonşu ölkə ilə müharibə səbəbi yoxdur: "Özümü azərbaycanlı hesab edirəm, amma İranın hər yeri mənim evimdir. Qürurla vurğulayıram ki, mən də digər iranlılar kimi özümü Əlburus dağının ətəklərindən azərbaycanlı hesab edirəm, amma İranın hər yeri mənim evimdir.
Son günlər bəziləri məlumatsızlıqdan, bəziləri isə pis niyyətindən İranın Azərbaycan Respublikası ilə müharibə etmək istədiyi barədə şayiələr yayırlar.
İranın istər Qafqazda, istərsə də digər yerlərdə heç bir ölkəyə, xüsusən də qonşularına, həmçinin də eyni cinsdən, irqdən, dildən, dindən, adət-ənənədən və tarixdən olan insanlara zərrə qədər təcavüz etmək niyyəti yoxdur.
Azərbaycan Respublikasının xalqı gözümüzün işığıdır.
Hər bir azərbaycanlı iranlıdır və hər bir iranlı isə azərbaycanlıdır.
Həmin azərbaycanlı və iranlı İrandan kənarda və başqa pasportu olsa belə..."
Milli.Az