Azərbaycan millisi rekordunu yenilədi

20 Noyabr 2022 19:42

Azərbaycan millisi ardıcıl 5-ci qələbəsini qazanıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu, yığma tarixində yeni rekorddur.

Şimali Makedoniya ilə yoldaşlıq görüşündə yığmamız ardıcıl qələbə sayındakı rekordunu təzələyib. Canni de Byazinin yetirmələri dörd gün əvvəl Moldova səfərində (2:1) ardıcıl 4-cü qalibiyyətini əldə etmişdi. Ona qədər də Millətlər Liqasında Belarus (2:0), Slovakiya (2:1) və Qazaxıstanı (3:0) üstələyən millimiz Skopyedəki 3:1 hesablı qələbə sayəsində mütləq rekorda imza atıb.

Qeyd edək ki, Azərbaycan yığması sonuncu dəfə iyunun 10-da Millətlər Liqası çərçivəsində Slovakiya ilə ev matçında (0:1) uduzub.

Milli.Az