Ağstafada ağır yol qəzası: 2 nəfər ölü
13 May 2010 09:14
Ağstafa rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, dünən saat 16:30 radələrində 1975-ci il təvəlüdlü Hacıyev İxtiyar Rəşid oğlunun idarə etdiyi 90-BA-354 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə Türkiyə vətəndaşı Ünsu Suatın idarə etdiyi 76-AP-408 nömrə nişanlı yük maşını toqquşub.
Qəza nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü və onun sərnişini 1975-ci il təvəllüdlü Abbasov Xanlar Eldar oğlu hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.
/APA/