Gürcüstanda sabiq Prezident Mixail Saakaşviliyə dəstək aksiyası keçirilib.
Milli.Az "Qafqazinfo"a istinadən xəbər verir ki, aksiya hökumət administrasiyası yaxınlığında təşkil edilib.
Aksiyada Saakaşvilinin ailə üzvləri də iştirak edib.
Onlar Saakaşvilinin səhhətinin ağırlaşaraq həyatının təhlükədə olduğunu əsas gətirərək xaricdə müalicə almasını tələb edirlər.
Etirazçılar bildiriblər ki, növbəti etiraz aksiyası noyabrın 23-ü saat 18:00-da ölkə parlamenti önündə keçiriləcək.
Milli.Az