“Telegram”da istifadəçi adı rekord qiymətə satıldı

20 Noyabr 2022 15:31

"Telegram" üçün @news istifadəçi adı "Fragment" auksionunda 994 min TONa (təxminən 3 milyon manata) satılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, onun yeni sahibi hazırda hesabında 20,9 milyon TON olan istifadəçidir.

Adın sahibinin ixtiyarında @pasta, @pizza, @discount, @insurance və digər unikal qısa adlar da var.

Qeyd edək ki, əvvəlki rekord 900 min TON (təxminən 2.75 milyon manat) olmaqla @auto istifadəçi adına məxsus idi.

Milli.Az