“İndiana Cons 5” filmindən ilk görüntülər yayılıb - FOTO

20 Noyabr 2022 10:35

"İndiana Cons"un yeni personajlarının ilk görünüşü təqdim olunub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, filmdə Harrison Ford sonuncu dəfə məşhur macəraçı roluna qayıdacaq.

Süjetin təfərrüatları açıqlanmasa da, hadisələrin qismən 1960-cı illərdə Nyu-Yorkda cərəyan edəcəyi, burada İndiananın bir daha nasistlərlə döyüşməli olacağı məlumdur.

Qeyd edək ki, franşizanın beşinci hissəsi 2023-cü ilin iyununda ekranlara çıxacaq.

Milli.Az