Şoltsdan Putinə: Qoşunlarını geri çək!

20 Noyabr 2022 10:24

Rusiya Ukraynaya qarşı müharibəni dayandırmalı və bütün qoşunlarını Ukrayna ərazisindən çıxarmalıdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

"Rusiya tərəfindən Ukrayna ilə bağlı diktə edilə bilməyən sülh danışıqlarına yol açın. Heç kimin başqasının ərazisini ələ keçirməyə haqqı yoxdur", - Şolts bildirib.

Milli.Az