Bakıda 39 yaşlı kişi bıçaqlanıb

20 Noyabr 2022 10:13

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, Bakıxanov qəsəbəsində 1983-cü il təvəllüdlü Kərimov Şahid Səxavət oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az