Donald Trampın "Twitter" səhifəsi bərpa edildi

20 Noyabr 2022 09:18

ABŞ-ın keçmiş prezidenti Donald Trampın "Twitter"dəki səhifəsi sahibkar İlon Maskın siyasətçinin bu sosial şəbəkədəki hesabının blokdan çıxarılmasını elan etməsindən dərhal sonra bərpa edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, D.Trampın 2009-cu ilin martında yaradılan səhifəsində onun bütün yazıları saxlanılıb. Son yazı 8 yanvar 2021-ci il tarixində paylaşılıb.

"İnsanlar öz fikirlərini deyib. Tramp bərpa olunacaq", - deyə "Twitter" şirkətinin yeni sahibi eyni adlı sosial şəbəkədə yazıb.

Milli.Az