XİN Ağdamın azad olunmasının ildönümü ilə bağlı paylaşım etdi

20 Noyabr 2022 09:12

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ağdamın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib.

Milli.Az xəbər verir ki, bu barədə XİN-in tviter hesabında yazılıb.

"Bu gün Ağdam şəhəri işğaldan azad olunmuşdur. Azərbaycanın zəfər salnaməsinin şanlı səhifələrdən biri olan bu gündə bütün həmvətənlərimizi səmimi qəlbdən təbrik edir, üçrəngli bayrağımızın Azərbaycanın hər bir guşəsindən əbədi dalğalanmasını arzu edirik", - paylaşımda deyilir.

Milli.Az